İtaliya Yaxın Şərqə uçan ABŞ hərbi təyyarələrinin aviabazaya eniş etməsinə icazə vermədi


Ötən həftə İtaliya Yaxın Şərqə uçan Amerika hərbi təyyarələrinin Siciliyadakı Sigonella Hava Bazasına eniş etməsinə icazə verməyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bəzi Amerika bombardmançı təyyarələrinin Yaxın Şərqə yola düşməzdən əvvəl Sigonella Hava Bazasına enməsi planlaşdırılırdı. Lakin heç bir icazə tələb olunmayıb və İtaliya hərbi liderləri bu niyyətdən təyyarə havada olarkən xəbər tutublar.
İtaliya Baş Qərargah rəisi Luçano Portolano hadisə barədə məlumat vermək üçün müdafiə naziri Gvido Krozettoya zəng edib. Daha sonra o, nazirin tapşırığı ilə Amerika komandanlığına təyyarələrin bazaya eniş etməsinə icazə verilmədiyini bildirib, çünki əvvəlcədən məsləhətləşmələr aparılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top