
“Danışıqların bir hissəsi olaraq, Rusiya Ukraynadan iki ay ərzində qoşunlarını Donetsk bölgəsindən çıxarmasını tələb edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski danışıb.
“Onlar Amerika tərəfinə deyirlər: indi yeni bir müddət var - iki aydan sonra ölkəmizin şərqini ələ keçirəcəklər, Donbası ələ keçirəcəklər. Buna görə də Ukraynanın çıxması üçün iki ayı var. Və sonra müharibə bitəcək. Əgər Ukrayna çıxmasa, Rusiya Donbası ələ keçirəcək və sonra şərtlər fərqli olacaq”, - Zelenski bildirib.
Ukrayna Prezidenti əslində Rusiyanın bunu edə bilməyəcəyi və Moskvanın bunu başa düşdüyünü qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz