Hacı İbrahimin şirkətinin vergi borcu 774 min manata çatıb


Uzun illər Hacı İbrahim kimi tanınan iş adamı İbrahimov İbrahim Hüseyn oğlunun rəhbərlik etdiyi “Avesta Konserni” MMC-nin (VÖEN – 0200020201) dövlət büdcəsinə böyük həcmdə – 773 min 944 manat 74 qəpik vergi borcu var.
Yeniavaz.com
xəbər verir ki, 1996-cı ildən fəaliyyət göstərən “Avesta Konserni” şirkətinin hazırda qanuni təmsilçisi Nadirov Araz Ələsgər oğludur.
Qeyd edək ki, Hacı İbrahim bir neçə il əvvəl “Xəzər Adaları” adlı layihəsi ilə gündəmə gəlib.
Bildirilirdi ki, “Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olmalıdır. Tikintisinə 2011-ci ildən başlanılsa da, sonradan yarımçıq saxlanılıb. Hacı İbrahim Beynəlxalq Banka olan borcunu ödəyə bilmədiyi üçün “Xəzər Adaları”nı bu borcun qarşılığında təhvil verdiyini açıqlayıb.
Hacı İbrahim Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun və ATV kanalının sabiq prezidenti Tağı İbrahimovun qardaşıdır. Hacı İbrahimin iki qardaşı hazırda həbsdədir. Tağı İbrahimov “Bakı Ağac Emalı” ASC-də 10 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə həbs edilib. Hacı İbrahimin daha bir qardaşı – STS və “Sahil-D Kompani” şirkətlərinin sahibi olan Sahib İbrahimov isə 2018-ci ildə həbs olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top