PSJ Reşfordu transfer etmək istəyir


Fransa çempionu PSJ hazırda “Barselona”da icarə əsasında oynayan ingilis hücumçu Markus Reşfordla maraqlanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
Digər tərəfdən, İtaliyanın “Milan” klubunun da ingilis hücumçuya maraq göstərdiyi bildirilir.
Qeyd edək ki, Reşfordun hüquqları bu yay onu satmağa hazırlaşan İngiltərənin “Mançester Yunayted” klubuna məxsusdur.
Xatırladaq ki, bu mövsüm Markus Reşford 39 oyun keçirib, 10 qol vurub və 13 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top