Şvartsenegger doktorluq dərəcəsi aldı


Amerikalı tanınmış aktyor Arnold Şvartseneggerə Şimali İrlandiyanın Belfast şəhərindəki Olster Universiteti tərəfindən fəxri doktorluq dərəcəsi verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə universitetin rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, o, bu titula görkəmli karyerasına və ictimai fəaliyyətinə, həmçinin ətraf mühitə və incəsənətə verdiyi töhfəyə görə layiq görülüb.
Universitet bu mərasimin onun gənc idmançı kimi Şimali İrlandiyaya ilk səfərinin 60 illiyi ilə üst-üstə düşdüyünü qeyd edib.
“Altmış il əvvəl mən Belfasta gənc bodibilder kimi gəlmişdim. Heç vaxt ağlıma belə gətirməzdim ki, bütün bu illərdən sonra fəxri doktorluq dərəcəsi almaq üçün buraya qayıdacağam. Yenidən burada olmaq çox gözəldir”, - məşhur aktyor bildirib.
Qeyd edək ki, Şvartsenegger Belfast şəhərindəki Olster Universitetinə ilk dəfə 1966-cı ildə 19 yaşında gəlib və ilk bodibildinq yarışında bu universitetdə iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top