
Rusiya Prezidenti Vladimir Putin aprelin 1-i Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı tərəflər Rusiya-Ermənistan strateji tərəfdaşlığı və müttəfiqliyinin hazırkı vəziyyətini və perspektivlərini müzakirə edəcəklər.
Danışıqlarda həmçinin, Avrasiya regionunda inteqrasiya əməkdaşlığı, eləcə də regional gündəmdəki cari məsələlər, xüsusən də, Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafı müzakirə obyekti olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz