
Dövlət Vergi Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Flora Holland” MMC (VÖEN – 1405674931) olub.
Yeniavaz.com xəbər verir ki, Vergi Xidməti 2026-ci il üzrə dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi ilə əlaqədar istifadə olunacaq əklil və güllərin satın alınması üçün qalib şirkətə 52 min 123 manat 23 qəpik ödəyəcək.
Qeyd edək ki, Vergi Xidməti 3 000 ədəd qərənfil, 9 000 ədəd qızılgül, 15 ədə əklil, 30 ədəd səbət, 100 ədəd buket və 550 ədəd tülpan alacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı cəmi 20 manat olan “Flora Holland” MMC-nin qanuni təmsilçisi Seyidzadə Rəhim Vaqif oğludur. MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz