
Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanında yerləşən 3 şirkət ləğv olunduğunu elan edib.
Yeniavaz.com rəsmi məlumatlara istinadən xəbər verir ki, yaxın tarixlərdə eyni ünvanda, eyni nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınan şirkətlərin qanuni təmsilçiləri fərqli şəxslər olub.
1 aprel 2021-ci ildə qeydiyyata alınan və nizamnamə kapitalı 20 manat olan “GM Lizinq” MMC-yə (VÖEN – 1505414081) Elxan Həşimov, 6 aprel 2021-ci ildə qeydiyyata alınan və nizamnamə kapitalı 20 manat olan “NM Lizinq” MMC-yə (VÖEN – 1505420881) Zahid Heydərov, 15 mart 2021-ci ildə qeydiyyata alınan və nizamnamə kapitalı 20 manat olan “Universal Lizinq” MMC-yə (VÖEN – 1505397391) isə Anar Nəcəf-zadə rəhbərlik edir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz