İsrail terrorçuları edam edəcək – Qanun qəbul edildi


İsrail Knesseti (parlament) terrorçular üçün ölüm hökmünün tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Yeniavaz.com
“The Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib.
“Tarix yazıldı! Biz söz verdik və onu yerinə yetirdik. Terrorçular üçün ölüm hökmü qanunu İsrail dövlətinin qanun kitabına əlavə edildi”, - deyə o, sosial media səhifəsində yazıb.
Qanun layihəsi həlledici üçüncü oxunuşda 120 yerlik Knessetin 62 üzvünün səsini qazanıb. Baş nazir Benyamin Netanyahu da qanun layihəsinə səs verib.
Parlamentin 48 üzvü layihənin əleyhinə səs verib. Müxalifət qanunu fundamental demokratik dəyərlərə və beynəlxalq hüquqa zidd adlandırıb və onun qəbulundan İsrail Ali Məhkəməsinə şikayət etmək niyyətində olduğunu bildirib.
Kan radiosunun məlumatına görə, hökmün asılmaqla icrası planlaşdırılır.
Qeyd edək ki, Ben-Gvir qanun layihəsini parlamentə təqdim edən ifrat sağçı Otzma Yehudit (Yəhudi Gücü) partiyasına rəhbərlik edir.

DİGƏR XƏBƏRLƏR

Top