Türkiyədə daha bir CHP-li bələdiyyə sədri saxlanıldı


Türkiyədə Bursa Böyükşəhər Bələdiyyəsinin Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilmiş sədri Mustafa Bozbəy saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist İsmayıl Saymaz məlumat yayıb.
O bildirib ki, Bozbəydən əlavə daha  58 nəfərin saxlanılması ilə bağlı qərar çıxarılıb, İstanbul, Bursa, Diyarbəkir və Balıkəsirdə əməliyyatlar keçirilib.
Yerli KİV yazır ki, hazırda əməliyyatlar çərçivəsində Bozbəyin evində və bələdiyyə binasında axtarışlar aparılır.
Məlumata görə, bələdiyyə sədrinin xeyli sayda qohumu, o cümlədən həyat yoldaşı və qızı haqqında da saxlanılma qərarı çıxarılıb.
İndiyədək 55 nəfərin saxlanıldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top