İran əyalətində hərbi obyektlərin şəklini çəkən 138 nəfər saxlanıldı


İranın cənub-qərbindəki Xuzistan əyalətində son üç gündə İran hərbi obyektlərinin foto və videolarını ölkənin müxalif olan media qurumlarına göndərdikləri üçün 138 nəfər həbs edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran polisinin mətbuat xidməti məlumat yayıb.
“Son 72 saat ərzində düşmən media qurumları, xüsusən də “Iran International” və “Manoto” kanalları ilə əlaqəli 138 şəxs məhkəmə orqanları ilə əlaqələndirilərək uğurla müəyyən edilib və saxlanılıb. Bu şəxslər telefon danışıqları planlaşdırıb, mühüm hərbi və hüquq-mühafizə orqanlarının obyektlərinin fotoşəkillərini və videogörüntülərini çəkib və düşmən şəbəkələrinə göndəriblər”, - bəyanatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top