
HBO-nun yeni “Harri Potter” adaptasiyasının gənc ulduzları ilk mövsüm üçün təsirli maaşlar alacaq.
Yeniavaz.com xəbər verir ki, 12 yaşlı şotland aktyor Dominik Maklaflin “Harri”ni, 11 yaşlı Arabella Stanton “Hermiona Qreyncer”i, 12 yaşlı Alasteyr Stout isə “Ron Uizlini” canlandıracaq.
Yeni məlumatlara görə, onların hər biri ilk mövsüm üçün 500.000 funt sterlinq (1 milyon 200 min manat) və ya hər bölüm üçün 60.000 funt sterlinq (130 min manat) alacaqlar.
“Bu, 13 yaşdan kiçik üç uşaq üçün böyük məbləğdir. Əgər işlər belə davam edərsə, 18 yaşına çatmamış multimilyoner olacaqlar. Onlar tezliklə dünyanın ən məşhur uşaqları arasında olacaqlar”, - mənbə “The Sun”a bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz