Livanda İsrailin hücumları nəticəsində 1200 nəfər ölüb


Son 24 saat ərzində Livanın cənub və şərqində İsrailin hava hücumları nəticəsində ən azı 49 nəfər həlak olub, daha 116 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu rəqəmləri Livanın Səhiyyə Nazirliyi hesabatında göstərib.
Bildirilir ki, ölənlər arasında Mülki Müdafiə Xidmətindən 10 paramedik və xilasedici işçi də var.
“Hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı 1238-ə, yaralılar isə 3500-ə çatıb. Martın 2-dən bəri İsrail hücumlarının qurbanı 1027 kişi, 124 uşaq və 87 qadın olub”, -hesabatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top