
İrandan atılan və Türkiyə hava məkanına daxil olan ballistik raket məhv edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, raket NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib:
“Ölkəmizin təhlükəsizliyi prioritetdir. Regionda baş verən bütün proseslər diqqətlə izlənilir və hər hansı riskə qarşı tərəddüdsüz addımlar atılır”.
Tətbiqimizi yükləyə bilərsiniz