“Razılaşma əldə olunmazsa, Xarq adasını məhv edəcəyik” − Tramp

“tramp yalan danışır...” – iran hökuməti
“Yaxın Şərq müharibəsinə son qoymaq üçün danışıqlar uğursuz olarsa, ABŞ İrandakı bütün elektrik stansiyalarını və neft quyularını, eləcə də Xarq adasını məhv edəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
O, Vaşinqtonun İranda yeni və daha ağlabatan bir rejimlə ciddi danışıqlar apardığını bildirib:
“Böyük irəliləyiş əldə edilib, amma hər hansı bir səbəbdən tezliklə razılaşma əldə olunmazsa, bu, çox güman ki, baş verəcək və Hörmüz boğazı dərhal biznes üçün açılmazsa, İrandakı əməliyyatımızı qəsdən saxladığımız bütün elektrik stansiyalarını, neft quyularını və Xarq adasını (və ehtimal ki, bütün duzsuzlaşdırma zavodlarını!) partlatmaqla və tamamilə məhv etməklə bitirəcəyik”.
Qeyd edək ki, İran neftinin 90%-ni Xarq adası vasitəsilə ixrac edir. “Axios”un məlumatına görə, Tramp administrasiyası adanı işğal etmək və ya dəniz blokadası tətbiq etmək planı hazırlayır. Xarqın potensial ələ keçirilməsi İrana Hörmüz boğazında nəqliyyatın hərəkətini məhdudlaşdırmaq üçün təzyiq göstərmək yolu kimi görünür. Ağ Evin mövqeyi ilə tanış olan bir mənbə nəşrə bildirib ki, ABŞ-nin belə bir əməliyyata başlamazdan əvvəl Hörmüz boğazında İranın hərbi imkanlarını zəiflətməsi üçün təxminən bir ay vaxt lazımdır.

DİGƏR XƏBƏRLƏR

Top