
İranda hökumət əleyhinə etirazların daha iki iştirakçısı edam edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, edam edilən şəxslərin qadağan olunmuş “Mücahidin-e Xalq” (“İran Xalq Mücahidləri Təşkilatı”) terrorçu qrupu ilə əlaqəli olduğu bildirilib.
Agentliyin yazdığına görə, təqsirləndirilən şəxslər terror aktlarının təşkilində, o cümlədən Tehranda qumbaraatandan istifadə etməklə silahlı hücumda təqsirli biliniblər.
İstintaq və məhkəmə prosesləri başa çatdıqdan sonra hər ikisi edam cəzasına məhkum edilib.
İran Ali Məhkəməsi hökmü qüvvədə saxlayıb.
30 mart səhəri təqsirləndirilən şəxslər asılıblar.
Tətbiqimizi yükləyə bilərsiniz