Türkiyədə restorana silahlı hücum edən iki azərbaycanlı saxlanıldı


Türkiyənin Muğla şəhərinin Marmaris rayonundakı bir restorana atəş açmaqda şübhəli bilinən azərbaycanlılar E.C. və A.K. saxlanılıb.
Yeniavaz.com
Türkiyə KİV-ə istinadla xəbər verir ki, restoranın pəncərələrinə və divarlarına çoxsaylı güllələr dəysə də, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerindən qaçan şübhəlilər polis tərəfindən saxlanılıb. 
Həmçinin, şübhəlilərin hadisə yerindən qaçarkən atdıqları silahlar polis tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma başladılıb, şübhəlilər barəsində həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top