
Eskalasiyanın başlanğıcından bəri ABŞ və İsrail qüvvələri İranda 102 mindən çox mülki hədəfə zərbə endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti “Telegram” kanalında məlumat yayıb.
“Müharibənin başlanğıcından bəri 80 mindən çox yaşayış binası, 20 mindən çox pərakəndə satış məntəqəsi, 296 tibb mərkəzi və 600 təhsil müəssisəsi daxil olmaqla 102 043 mülki hədəfə hücum edilib. Bundan əlavə, Qızıl Aypara ilə əlaqəli 18 tibb mərkəzinə ziyan dəyib, nəticədə 17 nəfər yaralanıb və iki nəfər ölüb”, - cəmiyyətin bəyanatında qeyd edilib.
Tətbiqimizi yükləyə bilərsiniz