
Azərbaycanın aparıcı banklarından olan “Paşa Bank” ASC-nin Gürcüstandakı törəmə bankı olan “Paşa Bank Gürcüstan” bu ilin ilk 2 ayı ərzində 3,5 milyon lari (1,3 milyon dollar) xalis mənfəət əldə edib.
Yeniavaz.com BMG agentliyinə istinadən xəbər verir ki, “Paşa Bank Gürcüstan”ın mənfəəti əvvəlki ilin eyni dövrü illə müqayisədə 3,3 dəfə azalıb.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən 19 bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 88 milyon lari (19%) artaraq bu ilin yanvar-fevral aylarında 550 milyon lariyə (204,5 milyon dollar) çatıb. Ölkədəki 19 bankdan 15-i mənfəətlə, 4-ü isə zərərlə fəaliyyət göstərib.
“Bank of Georgia” 280 milyon lari mənfəətlə siyahının zirvəsindədir (illik 9% artım). “TBC Bank” 203 milyon lari mənfəətlə ikinci yerdədir (illik 18% artım). “Liberty Bank” isə 19,4 milyon lari mənfəətlə ilk üçlüyü tamamlayır (illik 5% artım).
Hesabat dövründə 4 bank zərər açıqlayıb. Ən böyük itki Rusiyaya məxsus “VTB Bank Georgia” tərəfindən qeydə alınıb – 6,5 milyon lari zərər.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz