
İran ABŞ-dən Pakistan və digər vasitəçilər vasitəsilə danışıqlar aparmaq təklifi alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, Tehranla Vaşinqton arasında birbaşa əlaqə olmayıb.
“Heç bir danışıq aparılmayıb. ABŞ-dən bir sıra təkliflərlə danışıqlar tələbi var idi və bu təklifləri Pakistan da daxil olmaqla bir neçə vasitəçi vasitəsilə aldıq”, - İran XİN-in rəsmi nümayəndəsi bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz