“İran “hörmət əlaməti” olaraq ABŞ-yə 20 neft tankeri göndərir” – Tramp


ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran bazar ertəsindən etibarən Hörmüz boğazı vasitəsilə ABŞ-yə 20 neft tankeri göndərməyə başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında bu addımı “hörmət əlaməti” kimi qiymətləndirib.
Onun sözlərinə görə, söhbət “böyük neft daşıyan gəmilərdən” gedir və proses yaxın saatlarda başlayacaq.
ABŞ prezidenti həmçinin İranla aparılan danışıqların “çox yaxşı getdiyini” qeyd edib. O, tərəflər arasında razılaşmanın əldə olunacağına “demək olar ki, əmin” olduğunu bildirsə də, bunun baş verməməsinin də mümkün olduğunu vurğulayıb.
Tramp əlavə edib ki, Vaşinqton və Tehran arasında danışıqlar həm birbaşa, həm də dolayı yollarla aparılır. O, mümkün hərbi müdaxilə ilə bağlı suala cavabında ABŞ-nin “çoxsaylı alternativlərinin” olduğunu deyib.
Prezidentin sözlərinə görə, İran tərəfi ilə danışıqlar gözləniləndən daha sürətlə irəliləyir:
“Biz qrafikdən həftələrlə irəlidəyik. Qarşımızda əvvəl işləmədiyimiz, amma çox məntiqli davranan yeni bir qrup var”.
Xatırladaq ki, İran ötən həftə ABŞ-nin müharibəyə son qoymaq üçün irəli sürdüyü 15 maddəlik planı rədd edib. Rəsmi Tehran bəyan edib ki, mümkün atəşkəs yalnız öz şərtləri və vaxt çərçivəsində baş tuta bilər.

DİGƏR XƏBƏRLƏR

Top