
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tənqsiri İsrailin hücumu nəticəsində öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatına istinadla İran dövlət televiziyası məlumat yayıb.
“Kontr-admiral Əlirza Tənqsiri aldığı ağır və ölümcül yaralar nəticəsində ölüb”, - deyə İran dövlət televiziyası SEPAH-ın bəyanatından sitat gətirib.
Qeyd edək ki, martın 26-da İsrailin müdafiə naziri İsrael Katz və Pentaqon rəhbəri Pit Heqset Tənqsirinin İsrailin hücumu nəticəsində öldürüldüyünü bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz