Sumqayıtda mebel sexində yanğın olub – Video


Sumqayıt şəhəri, Y.Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mebel sexində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 750kv.m olan mebel sexinin yanar konstruksiyaları 70kv.m sahədə yanıb. Sexin böyük hissəsi, içərisində olan mebel və taxta materiallar yanğından mühafizə olunub”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top