
İtalyan məşqçi Roberto De Zerbi “Tottenhem”in boş qalan baş məşqçi vəzifəsinə əsas namizəddir.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist və insayder Fabritsio Romano “X” sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, “Tottenhem” 46 yaşlı mütəxəssilə aktiv danışıqlar aparır və ondan ən qısa müddətdə komandanı təhvil almasını tələb edir.
Klubun De Zerbiyə uzunmüddətli müqavilə təklif etməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl “Tottenhem” İqor Tudorun baş məşqçi vəzifəsindən getdiyini bildirimişdi. Klub xorvatiyalı mütəxəssisin, həmçinin, köməkçiləri Tomislav Roqiç və Rikkardo Raqnaççinin komandanı qarşılıqlı razılıq əsasında tərk etdiklərini qeyd etmişdi.
Tudor fevralın ortalarından komandaya rəhbərlik edirdi.
Xatırladaq ki, Premyer Liqanın 31 turundan sonra “Tottenhem” turnir cədvəlində 30 xalla 17-ci yerdədir. Komanda son yeddi liqa oyununda isə cəmi bir xal toplayıb.
Tətbiqimizi yükləyə bilərsiniz