Dünya ərzaq böhranının astanasında – Gübrə bazarında böhran


Hörmüz boğazı ətrafında yaranan gərginlik qlobal gübrə bazarlarında tədarük zəncirinin pozulmasına və qiymət artımına səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, boğazın bağlanması ehtimalı gübrə sektorunda böhranı daha da dərinləşdirir.
Mətbuatda yer alan məlumatlara görə, Hörmüz boğazının bağlanması qlobal gübrə tədarük zəncirinin təxminən 33%-nin pozulmasına gətirib çıxarıb. Xüsusilə fosfatlı gübrə bazarında təklifin 20% azalması müşahidə olunur.
Gübrə qiymətlərinin təbii qaz qiymətlərindən birbaşa asılı olması vəziyyəti daha da ağırlaşdırıb. Son dövrdə qlobal gübrə qiymətlərində 56%-ə qədər artım qeydə alınıb.
Karbamidin bir tonunun qiyməti 482 dollardan 750 dollara qədər yüksəlib.
Qeyd edək ki, Yaxın Şərq ölkələri qlobal gübrə istehsalında mühüm paya malikdir. Dünyada karbamid istehsalının 46%-i, kükürd istehsalının 45%-i, azotlu gübrəsi istehsalının 38%-i, fosfatlı gübrə istehsalının isə 38%-i bu bölgənin payına düşür.
Böhran artıq istehsala da təsir edib. Qətər qlobal tələbatın 14%-ni təmin edən böyük karbamid zavodunda istehsalı dayandırıb. Hindistan və Banqladeşin isə ümumilikdə 7 gübrə zavodunda istehsal dayanıb.
Mütəxəssislər bildirir ki, Hörmüz boğazı ətrafında vəziyyət sabitləşməzsə, gübrə qiymətlərində artım davam edəcək və bu da qlobal ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərə bilər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top