“Müctəba Xamenei ya öldürülüb, ya da ağır yaralanıb” – Tramp


“İranın yeni lideri Müctəba Xamenei ya öldürülüb, ya da ağır yaralanıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.
“Biz bu günə qədər onun haqqında heç nə eşitməmişik”, - deyə o əlavə edib.
Qeyd edək ki, martın 12-də “The Sun” qəzeti Müctəba Xameneinin hava hücumu nəticəsində ağır yaralandığını yazıb. Qəzetin məlumatına görə, İran lideri bir və ya hər iki ayağını itirib.
Martın 14-də isə İranın xarici işlər naziri Abbas Əraqçi Müctəba Xameneinin öz vəzifələrini yerinə yetirdiyini və onunla bağlı hər şeyin yaxşı olduğunu bildirib.
Xatırladaq ki, ABŞ və İsrailin Ayətullah Əli Xameneinin Tehrandakı iqamətgahına hava hücumlarından sonra oğlu, 56 yaşlı Müctəba Xamenei onun yerinə İranın yeni Ali Lideri seçilib. Martın 8-də Ekspertlər Məclisi yekdilliklə Müctəba Xameneinin ömürlük yeni Rəhbər seçilməsinə səs verib.

DİGƏR XƏBƏRLƏR

Top