
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İranla həm birbaşa, həm də vasitəçilərlə danışıqlar apardığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Florida ştatının Vest Palm Biç şəhərindən Vaşinqtona uçan təyyarəsində jurnalistlərə danışıb.
Amerika lideri əlavə edib ki, İranla bu təmaslarda emissarlar iştirak edir.
Buna baxmayaraq, o, danışıqlarla bağlı detalları açıqlamayıb.
Tramp həmçinin danışıqların çox yaxşı getdiyini əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz