
Bu ilin ilk 2 ayı ərzində Azərbaycanda qızıl və gümüş istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb, mis istehsalı isə artıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar–fevral ayları ərzində ölkədə 406,6 kiloqram qızıl, 681,4 kiloqram gümüş, 2 467,4 ton mis konsentratı istehsal edilib.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 15%, gümüş istehsalı 12,3% azalıb, mis konsentratının istehsalı isə 6,9 dəfə artıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz