“Bu, daha çox arzu kimi səslənirdi” – Mirzoyan TRIPP layihəsindən danışıb


“TRIPP layihəsi ətrafında müzakirələr hələ də səngiməyib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan “News.am” saytının sualını cavablandırarkən açıqlama verib.
Nazirin sözlərinə görə, hazırda layihə ilə bağlı sənəd təsdiq mərhələsindədir. O qeyd edib ki, növbəti addım hökumətlərarası sazişin imzalanması ola bilər. Bu mərhələdən sonra isə müvafiq təşkilatın yaradılması nəzərdə tutulur.
Mirzoyan əlavə edib ki, tərəflər tikinti işlərinə ilin ortası və ya sonuna qədər başlamağı planlaşdırırdı. Lakin o, bu planın nə dərəcədə real olduğunu dəqiq qiymətləndirməyin çətin olduğunu vurğulayıb: “Bu, daha çox arzu kimi səslənirdi”.

DİGƏR XƏBƏRLƏR

Top