
“Rusiya hələ ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulmaq barədə qərar qəbul etməyib”.
Yeniavaz.com xəbər verir ki, bunu TASS-a müsahibə verən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, ABŞ-nin Yaxın Şərqdəki təcavüzü fonunda bu konsepsiya əvvəlkindən daha az aktual görünür.
“Görürük ki, Yaxın Şərqdə müharibə davam etdiyi müddətcə, “Sülh Şurası” ifadəsi, bu müharibə başlamazdan əvvəlkindən daha az aktualdır. Yəqin ki, bütün bunların necə bitəcəyini gözləməliyik”, - Peskov deyib.
Qeyd edək ki, Sülh Şurası rəsmi olaraq 22 yanvarda, Davosda 19 ölkənin nizamnaməsini imzalaması ilə yaranıb.
Tətbiqimizi yükləyə bilərsiniz