
Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayev vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AKİ-nin rəsmi sosial media hesablarında məlumat dərc olunub.
Bildirilib ki, Rasim Balayev İstanbulda, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
“Bakupost”un məlumatına görə, o, bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. Bildirilir ki, Xalq artisti ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə anadan olub və uzun illər Azərbaycan teatr səhnəsində və kinematoqrafiyada fəaliyyət göstərib.
Aktyor “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində yaratdığı obrazlarla tamaşçıların sevgisini qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz