
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yeniavaz.com Nazirliyin saytında dərc olunan məlumata istinadla xəbər verir ki, qüvvələr tərəfindən yanğın ərazisinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
***12:34
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan müvafiq məlumatla əlaqədar əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub:
“Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək”.
Tətbiqimizi yükləyə bilərsiniz