Ceyhun Bayramov iranlı həmkarının təşəkkürünə belə reaksiya verdi


Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçinin Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısının “X” sosial media hesabında məlumat dərc olunub.
“Səmimi sözləriniz və təşəkkürünüz bizim üçün dəyərlidir. Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır. Bu, eləcə də iki ölkə arasında qarşılıqlı hörmət münasibətlərimizin və tarixi bağların təməlini təşkil edir. İrana ən qısa zamanda sülh və əmin-amanlıq arzulayırıq!” – nazir paylaşımda qeyd edib.
Xatırladaq ki, daha əvvəl İranın XİN başçısı Abbas Əraqçi humanitar yardımlara görə Azərbaycana təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Top