
İran Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazalarına dronlarla hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“The Wall Street Journal” yazır ki, hücumlar zamanı Şahzadə Sultan Hərbi Hava Bazasındakı “E-3 Sentry” kəşfiyyat təyyarəsi də vurulub.
Bildirilir ki, sözügedən təyyarə real vaxt rejimində döyüşlərdə uzaq məsafədən raketləri, pilotsuz aparatları və təyyarələri izləmək üçün istifadə olunan erkən xəbərdarlıq və idarəetmə sisteminə malikdir və hava əməliyyatlarının koordinasiyasında, həmçinin yaxınlaşan təhlükələrə qarşı cavab tədbirlərinin idarə olunmasında mühüm rol oynayır.
Qeyd olunub ki, “E-3 Sentry” kəşfiyyat təyyarəsi ABŞ Ordusunda məhdud saydadır.
Tətbiqimizi yükləyə bilərsiniz