
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov subasma hadisələri baş verən ərazilərə baxış keçirib.
Yeniavaz.com xəbər verir ki, yağışın yaratdığı fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Həmçinin sözügedən məsələ ilə bağlı yaradılmış monitorinq qrupları tərəfindən problemli ərazilər müəyyən edilir və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim olunur.
Hazırda şəhərin müxtəlif ərazilərində yaranmış fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Tətbiqimizi yükləyə bilərsiniz