İsrailin Livana hücumu nəticəsində jurnalistlər həlak oldu


İsrailin Livanın cənubunda həyata keçirdiyi hava hücumları nəticəsində “Əl-Mayadin” və “Əl-Manar”ın müxbirləri həlak olub.
Yeniavaz.com
xəbər verir ki, “Əl-Mayadin” ölən jurnalistlərdən birinin Livanın cənubundakı müxbiri Fatimə Ftuninin olduğunu təsdiqləyib. O, “Əl-Manar”dan olan Əli Şuaybə ilə birlikdə “Press” işarəli nəqliyyat vasitəsində olub. Şuaybənin ölümünü onun kanalı da təsdiqləyib.
Qeyd edilib ki, bu, “Əl-Mayadin” müxbirlərinin hədəfə alınması ilə bağlı ilk hal deyil. 2023 və 2025-ci illərdə nəşrin daha dörd əməkdaşı İsrail hücumlarında həlak olub.
AFP-nin məlumatına görə, hava hücumunda üç jurnalist həlak olub. Üçüncüsünün kimliyi hələ açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top