Paşinyan Rusiyaya səfər edəcək


Ermənistanın Baş naziri Nikol Paşinyan tezliklə Rusiyaya səfər etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bunu ölkənin baş naziri İrəvanın Malatiya-Sebastiya rayonunda keçirilən yarmarkada deyib.
Belə ki, bir qadın Paşinyandan Moskva ilə münasibətləri pozmamasını xahiş etdi və qeyd etdi ki, onun qohumlarının çoxu 1988-ci ildə Spitak zəlzələsindən bəri Rusiyada yaşayır.
“Nədən danışırsınız? Tezliklə Rusiyaya səfər edəcəyəm. Əlaqələrimizi saxlayırıq. Hansı düşmən? Necə? Rusiya bizim dostumuzdur”, - Paşinyan qadına cavab verib.

DİGƏR XƏBƏRLƏR

Top