Mahaçqalada fövqəladə vəziyyət elan edildi


Mahaçqalada güclü yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şəhər administrasiyasının “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, yağış nəticəsində Mahaçqalada 20 fərdi evi su basıb, Dağıstanda isə 132 yaşayış məntəqəsində elektrik kəsintiləri qeydə alınıb. Sinoptiklərin məlumatına görə, 27-29 mart tarixlərində respublikada güclü yağış və 23 m/s-ə qədər külək proqnozlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top