SEPAH Dubayda Ukraynanın anbarına hücum etdi


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dubayda Ukraynaya məxsus dron əleyhinə sistemlərin anbarını məhv edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının sözçüsü İbrahim Zülfəqari məlumat yayıb.
“Dubayda Amerika komandirləri və əsgərləri üçün sığınacaqların atəşə tutulması və ağır itkilərlə nəticələnməsi ilə yanaşı, İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik və dəniz qüvvələrinin birgə əməliyyatı nəticəsində 21 ukraynalının da olduğu Amerika ordusuna kömək etmək üçün Dubayda yerləşən Ukraynaya məxsus dron əleyhinə sistemlərin anbarı da məhv edilib”, - məlumatda deyilir.
Ukraynalıların taleyi barədə məlum yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top