“Oskar” mükafatlandırma mərasimi Hollivuddan köçürüləcək


2029-cu ildən başlayaraq “Oskar” mükafatlandırma mərasimi yeni bir yerdə keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mükafatların təşkilatçısı olan Amerika Kino Sənətləri və Elmləri Akademiyası və məkanı idarə edən AEG şirkəti məlumat verib.
Məlumata görə, mərasim Hollivuddakı “Dolby Teatre”dan Los-Ancelesin mərkəzindəki “LA Live” kompleksindəki “Peacock” konsert və teatr məkanına köçürüləcək.
Şirkətin məlumatına görə, akademiyanın hazırkı məkanla müqaviləsi 2028-ci ildə başa çatır və bu da onun AEG-lə tərəfdaşlığına imkan verir.
Qeyd edək ki, bundan əvvəl “Oskar” mükafatlandırma mərasiminin artıq televiziyada göstərilməyəcəyi və 2029-cu ildən etibarən “YouTube”da yayımlanacağı bildirilmiş, mərasimin “YouTube”da dünya üzrə iki milyarddan çox tamaşaçıya, eləcə də ABŞ-dəki “YouTube TV” abunəçilərinə canlı və pulsuz olaraq təqdim olunacağı qeyd edilimişdi.

DİGƏR XƏBƏRLƏR

Top