ABŞ İrandan 15 maddəlik təklifə cavab gözləyir


ABŞ İranın 15 maddəlik razılaşma təklifinə cavab verməsini gözləyir.
Yenianaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Mayamidə keçirilən investisiya forumunda bildirib.
“İran tərəfinin bir müddətdir məlumata malik olduğu 15 maddəlik bir razılaşmamız var. Biz onların cavabını gözləyirik. Bu, bütün məsələləri həll edəcək”, - Uitkoff qeyd edib.
Onun sözlərinə görə, təkliflər arasında nüvə yanacağının və uranın zənginləşdirilməsi məsələləri də var.
Uitkoff həmçinin, ABŞ-nin bu həftə İranla görüş keçirməyə ümid etdiyini əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top