“Vikipediya” süni intellekt tərəfindən yaradılan məqalələri qadağan etdi


“Vikipediya” onlayn ensiklopediyası süni intellekt (Sİ) dil modellərindən istifadə edərək tamamilə və ya yenidən yazılmış məqalələrin yerləşdirilməsini qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ensiklopediyanın rəsmi saytında məlumat verilib.
“Böyük dil modellərindən istifadə edərək yaradılan mətnlər çox vaxt “Vikipediya”nın bir sıra əsas siyasətlərini pozur. Bu səbəbdən məqalələr yaratmaq və ya yenidən yazmaq üçün böyük dil modellərindən istifadə qadağandır”, - məlumatda qeyd edilib.
Ancaq onlayn ensiklopediyanın qeyd etdiyi kimi, bu qaydadan istisna kimi müəlliflər yeni məlumat əlavə etməmək şərtilə mətnlərin ilkin yoxlanışı üçün süni intellektin köməyindən istifadə edə bilərlər. Bundan başqa, süni intellekt tərcüməsindən istifadə etməyə də icazə verilir, ancaq müəllif sonradan nəticəni diqqətlə yoxlamağa borcludur.

DİGƏR XƏBƏRLƏR

Top