Zəhərdən bal düzəltmək...


(Həyat dərsi)

Məşhur Amerika pedaqoqu və yazıçısı Deyl Karnegi (1888-1955) müsbət düşüncənin nəticələri ilə bağlı çox maraqlı bir xatirəsindən bəhs edir...
“Bir gün Floridada zəhərdən belə bal düzəldə bilən bir fermeri ziyarət etdim. Yeni aldığı fermanın torpağı çox quraq çıxmışdı. Üstəlik, fermada cırtdan palıddan və zınqırovlu ilandan başqa bir şey yox idi. Ancaq onun təslim olmaq fikri yox idi və işə zınqırovlu ilanın ətini konservləşdirərək ixrac etməkdən başladı. İlanın zəhərini isə dərman düzəldən laboratoriyalara satırdı. Zınqırovlu ilanı görmək üçün gələn turistlər isə başqa bir gəlir mənbəyi idi. Bəs ilan dərisi? Əlbəttə ki, ilan dərisindən danışmağa dəyməzdi. Çünki ilan dərisindən çanta və ya ayaqqabı tikmək üçün istifadə edilirdi və üstəlik də, qiyməti çox baha idi.
Bir gün fermanın yerləşdiyi kənddən bir dostuma məktub göndərdim. Göndərdiyim yerin ünvanını isə “Zınqırovlu İlan, Florida” deyə yazdım. Çünki kəndin adı zəhərdən belə bal düzəldə bilən bu adamın şərəfinə belə adlandırılmışdı”...

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top