
İran ABŞ-nin quru hücumu ehtimalına qarşı bir milyondan çox əsgər səfərbər edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın aparıcı “Mehr” agentliyi hərbi mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, İran regiondakı gərginləşən vəziyyətə reaksiya verir və ABŞ-ın mümkün quru hücumunu dəf etməyə hazırlaşır.
Mənbə bildirib ki, Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar Tehran amerikalılarla mübarizə aparmaq və onların hərəkətlərinə qarşı çıxmaq üçün hərbi qüvvələri səfərbər edir.
Digər tərəfdən, “Defense Express” nəşrinin məlumatına görə, amerikalılar Hörmüz boğazı yaxınlığında hərbi mövcudluqlarını gücləndirir və strateji əhəmiyyətli Xarq adası üzərində nəzarəti ələ keçirməyi də nəzərdən keçirirlər.
Eyni zamanda, “The Wall Street Journal” qəzeti ABŞ dəniz piyadalarının əvvəllər planlaşdırılan bölgəyə yerləşdirilməsinin ciddi siyasi nəticələrə səbəb ola biləcəyini irəli sürür.
Həmçinin, bu konteksdə Pentaqon bölgəyə əlavə 10.000 əsgər göndərilməsi ehtimalını da istisna etmir.
Tətbiqimizi yükləyə bilərsiniz