Qrizmann da MLS klubuna keçir


“Atletiko Madrid”in fransalı hücumçusu Antuan Qrizmann MLS klubu “Orlando Siti”yə transfer olmaq üçün razılıq əldə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Məlumata görə, Amerika klubunun əvvəlcə transferi mart ayında başa çatdırmaq istədiyi, lakin sonra hücumçunu mövsümün sonuna qədər “Atletiko”da saxlamaq qərarına gəldiyi bildirilir.
Jurnalisitn bildirdiyinə görə, müqavilə iki illikdir və 2026-cı ilin yayında qüvvəyə minəcək.
“Orlando Siti”nin Qrizmanna yeddi nömrəli formanı təklif etdiyi bildirilir.
Qrizmannın bütün rəsmiləşdirmələri tamamlamaq və müqavilənin son detalları barədə razılığa gəlmək üçün ABŞ-yə səfər etməsi gözlənilir.
Madrid klubu ilə müqaviləsinin müddəti bitdikdən sonra o, komandadan azad agent kimi ayrılacaq və daha sonra “Orlando Siti”yə qoşulacaq.
Qeyd edək ki, 35 yaşlı Qrizmann 211 qolla klubun bütün dövrlərin ən çox qol vuran oyunçusudur. Bu mövsüm o, bütün yarışlarda 42 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

DİGƏR XƏBƏRLƏR

Top