
İranda hava hücumları nəticəsində 600-dən çox məktəb dağıdılıb və ya ziyan görüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bunu BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyasında bildirib.
“İranda 600-dən çox məktəb dağıdılıb və ya ziyan görüb, 1000-dən çox şagird və müəllim həlak olub və ya yaralanıb. Təcavüzkarlar İranı həyati əhəmiyyətli infrastrukturlara hücumlarla hədələyir, xəstəxanaları, təcili yardım maşınlarını, tibb işçilərini, Qırmızı Aypara xilasedicilərini, neft emalı zavodlarını, su ehtiyatları və yaşayış məntəqələrini hədəf alırlar”, - İran XİN rəhbəri qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz