Ronaldo “Əl-Nəsr”ə qayıtdı


Madriddə zədədən sağalan portuqaliyalı hücumçu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun düşərgəsinə qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat verib.
Fevralın 28-də Ronaldo Səudiyyə Ərəbistanı Premyer Liqasında “Əl-Fayha” ilə oyunun (3-1) sonlarında əvəzlənib. Martın 3-də ona bud əzələsindən zədə diaqnozu qoyulduğu açıqlanıb. Portuqaliyalı müalicə üçün Madridə uçub.
Qeyd edək ki, 41 yaşlı Ronaldo beşqat Çempionlar Liqasının, Avropa çempionunun, ikiqat Millətlər Liqasının qalibi və milli komandanın, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun bütün dövrlərin ən çox qol vuran oyunçusudur. O, həmçinin beş dəfə “Qızıl top” mükafatını qazanıb. O, 2022-ci ilin dekabr ayından bəri “Əl-Nəsr”də oynayır və karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Yuventus” və “Real Madrid”də çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top