“Tranzit məhdudiyyətlərinin aradan qaldırılması Ermənistan üçün əhəmiyyətli hadisədir” – Qriqoryan


Azərbaycan ərazisindən Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması İrəvan üçün əhəmiyyətli hadisədir.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan Şımkentdə (Qazaxıstan) Avrasiya Hökumətlərarası Şurasının geniş formatda keçirilən iclasında bildirib.
O, Cənubi Qafqaz regionunda nəqliyyat və logistika infrastrukturunun şaxələndirilməsinin xarici ticarəti əhəmiyyətli dərəcədə artıracağını qeyd edib.
“Bu kontekstdə son vaxtlar Azərbaycandan Ermənistana malların tranzit məhdudiyyətlərinin aradan qaldırılması bizim üçün xüsusilə əhəmiyyətli hadisədir. Bu, regionun tam potensialının üzə çıxarılması, qarşılıqlı ticarətin artırılması üçün perspektivlər açır”, - Qriqoryan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top