ABŞ ilə İran arasında dolayı danışıqlar aparılır – İshaq Dar


Pakistanın xarici işlər naziri İshaq Dar ABŞ ilə İran arasında dolayı danışıqların aparıldığını açıqlayıb.
Yeniavaz.com
 xəbər verir ki, İshaq Dar bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu proses regionda davam edən gərginliyin azaldılması və sülhə nail olunması məqsədi daşıyır.
Nazir bildirib ki, mediada yayılan bəzi məlumatlar reallığı tam əks etdirmir və “lazımsız fərziyyələrə” səbəb olur. O vurğulayıb ki, əslində ABŞ ilə İran arasında təmaslar Pakistan vasitəsilə ötürülən mesajlar üzərindən həyata keçirilir.
İshaq Darın sözlərinə görə, ABŞ tərəfi müzakirə olunan 15 əsas məsələni İranla bölüşüb. Bu təşəbbüsə həmçinin Türkiyə və Misir dəstək verir.
Nazir əlavə edib ki, Pakistan regionda sabitliyin təmin olunması üçün diplomatik səylərini davam etdirəcək: “Pakistan sülhün möhkəmləndirilməsinə tam sadiqdir və regionda, eləcə də ondan kənarda sabitliyin təmin edilməsi üçün bütün imkanlarını səfərbər edir. Dialoq və diplomatiya irəliləməyin yeganə yoludur”.

DİGƏR XƏBƏRLƏR

Top