
İsrail Təhlükəsizlik Şurası (MTŞ) yaz tətili ərəfəsində ölkə vətəndaşlarına təhlükəsizliklə bağlı yeni müraciət edib.
Yeniavaz.com xəbər verir ki, qurum xüsusilə İranla həmsərhəd və ya regionda yerləşən bir sıra ölkələrdə ehtiyatlı davranmağa çağırıb.
Rəsmi açıqlamada Azərbaycan, Gürcüstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Körfəz dövlətlərində İsrail və ya yəhudiliklə əlaqəli məkanlarda keçirilən tədbirlərdə iştirakdan çəkinmək tövsiyə olunub.
MTŞ bu çağırışı həmin ərazilərdə mümkün təhlükəsizlik riskləri ilə əlaqələndirib. Bildirilib ki, bu cür tədbirlərdə iştirak edən şəxslər İranla əlaqəli elementlərin potensial zorakı hücumlarının hədəfinə çevrilə bilər.
Qurum vətəndaşları səfər zamanı diqqətli olmağa, rəsmi xəbərdarlıqları izləməyə və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
Qeyd edək ki, MTŞ-nin açıqladığı rəsmi məlumatda İranla həmsərhəd ölkə olmasına baxmayraq Ermənistanın adı çəkilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz